Zelenski Almaniyada Ukrayna hərbçilərinin təlim keçdiyi bazaya baş çəkib

00:49 - 15 May 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Almaniyaya səfəri çərçivəsində ukraynalı hərbçilərin təlim keçdiyi hərbi bazaya baş çəkdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən Axen şəhərində ukraynalı hərbçilərin təlim keçdiyi hərbi bazada oldum. Almaniya Federal Kansleri Olaf Şolzla birlikdə ukraynalı əsgərlərlə söhbət etdik. Döyüşçülərə dövlət mükafatlarını da təqdim etdim”, - deyə Zelenski bildirib.

Xəbər xətti