ABŞ prezidenti mayın 17-də Xirosimaya gedəcək

23:11 - 12 May 2023 - DÜNYA

 ABŞ prezidenti Co Bayden Xirosimada keçiriləcək G7 Liderlərinin Sammitində iştirak edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer növbəti brifinqdə bildirib.

"Prezident mayın 18-21-də keçiriləcək G7 Liderlərinin Sammitində iştirak etmək üçün çərşənbə günü Yaponiyanın Xirosima şəhərinə səfər edəcək. Prezident və G7 liderləri bir sıra ən həssas məsələləri müzakirə edəcəklər" - mətbuat katibi deyib.

Xəbər xətti