Aİ-nin Çinlə münasibətləri normal inkişaf etməyəcək ... - Borell

21:54 - 12 May 2023 - DÜNYA

Çin Rusiya Federasiyasını Ukraynadakı münaqişəni dayandırmağa inandırmasa, Aİ-nin Çinlə münasibətləri normal inkişaf etməyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu cümə günü Aİ xarici işlər nazirlərinin Stokholmda keçirilən qeyri-rəsmi görüşündən sonra Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

“Çin Rusiyanı Ukraynanı tərk etməyə inandırmasa, Aİ-nin Çinlə münasibətləri normal inkişaf etməyəcək”, - Borrell bildirib.

O, həmçinin vurğulayıb ki, Aİ ilə Çin arasında ticarət əlaqələri tarazlaşdırılmayıb.

"Onlar balanslaşdırılmalıdır, onların təhlükəsizliyini təmin etmək və Aİ-nin Çindən asılılığını azaltmaq üçün çox iş görülməlidir", - Borrell əlavə edib.

Aİ-nin xarici siyasət xidmətinin rəhbəri qeyd edib ki, Avropa İttifaqının “Çinlə iki strateji təhlükəsizlik problemi var: Tayvan və Ukraynadakı münaqişə”.

Xəbər xətti