Amerikalı milyarder və Twitter mikrobloqlar xidmətinin sahibi İlon Mask NBCUniversal top-menecerinin Linda Yakkarinonun Twitter-in yeni baş direktoru olacağını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, sosial şəbəkənin özündə yazıb.
"Twitter-in yeni baş direktoru kimi Linda Yaccarinonu salamlamaqdan məmnunam!" - o yazıb.
Mask qeyd edib ki, Yaccarino əsas diqqəti biznes əməliyyatlarına yönəldəcək, Maskın özü məhsul inkişafı və yeni texnologiyalara üstünlük verəcək.
O, Yaccarino ilə işləməyi "səbirsizliklə gözlədiyini" əlavə edib.