Zelenski “Zaporijstal”la əlaqəli şəxslərə qarşı sanksiyalar tətbiq edib

19:01 - 12 May 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski oliqarx Rinat Axmetovun “Zaporijstal” müəssisəsi ilə əlaqəsi olan 13 fiziki və 28 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb. və şirkətdə Rusiyaya məxsus olduğu iddia edilən payın müsadirə edilməsi proseduruna başlanıldığını elan edib.

"Bu gün bizim sanksiya günüdür. Bir neçə sanksiya paketi var, mən müvafiq fərmanları imzalamışam. İlk sanksiya paketi "Zaporijstal"dadır. Fərmanımla mən 41 subyektə - 13 fiziki və 28 hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmişəm. Biz Rusiyanın payının müsadirə edilməsi proseduruna başlayırıq. Bu, Ukrayna və ukraynalılar üçün işləyəcək”, – Zelenski yazıb.

Xəbər xətti