Suriyadakı 2,5 milyona yaxın qaçqın Suriya və Rusiya tərəflərinin səyləri nəticəsində öz evlərinə qayıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya və Suriyanın idarələrarası koordinasiya qərargahının birgə bəyanatında deyilir.
"Rusiya və Suriyanın idarələrarası koordinasiya qərargahı Suriya vətəndaşlarının öz vətənlərinə könüllü və təhlükəsiz qayıtmalarına və respublika ərazisində layiqli həyat şəraitinin yaradılmasına kömək etmək məqsədilə məqsədyönlü işini davam etdirir. Suriya və Rusiyanın birgə səyləri sayəsində bu günə kimi 2 435 508 suriyalı öz evlərinə qayıdıb”, - bəyanatda qeyd olunub.