İtaliya prezidenti Zelenskini mayın 13-də qəbul edəcək

16:48 - 12 May 2023 - DÜNYA

İtaliya prezidenti Serxio Mattarella mayın 13-də Ukrayna prezidenti Volodimir Zelenskini qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Romaya səfər yəqin ki, mayın 13 və 14-də baş tutacaq. Ukrayna prezidentinin İtaliyanın baş naziri Corc Meloni ilə də görüşəcəyi gözlənilir.

Vatikandakı mənbələrə görə, Zelenski mayın 13-də Papa Fransisk tərəfindən də qəbul oluna bilər.

Xəbər xətti