Ukrayna Dünya Bankından 132 milyon dollar kredit alıb

15:31 - 12 May 2023 - DÜNYA

Kiyev kənd təsərrüfatının dəstəklənməsi üçün Dünya Bankından 132 milyon dollar kredit alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 11 may 2023-cü il cümə axşamı günü Ukrayna Dünya Bankından 132 milyon dollar məbləğində maliyyə vəsaiti alıb. Kredit vəsaitləri layihə çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticələrinə əsasən Ukraynanın dövlət büdcəsinin ümumi fonduna daxil olub.

Bu pullar Ukraynada qida sənayesində vəziyyəti yaxşılaşdırmaq və ərzaq təhlükəsizliyini təmin etmək üçün istifadə olunacaq.

Xəbər xətti