İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanı iki həftə müddətinə zaminə buraxıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Ari News telekanalı məlumat yayıb.
“İmran Xanın “Əl-Qadeer Trust” işi üzrə girovla bağlı müraciəti təsdiqlənib”, - deyə kanal öz Twitter səhifəsində bildirib. Keçmiş baş nazirə qarşı bu tədbirin tətbiqi müddətinin iki həftə olacağı dəqiqləşib.