İsrail Qəzzada "İslami Cihad"ın hədəflərinə yenidən zərbələr endirib
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İsrail ordusu Fələstin anklavından yəhudi dövlətinin ərazisinə növbəti raket hücumundan sonra Qəzza zolağında İslami Cihad radikal qruplaşmasının hədəflərinə zərbələri bərpa edib.
“Hazırda İsrail Müdafiə Qüvvələri Qəzza zolağında İslami Cihad hədəflərinə zərbələr endirir”, - deyə məlumatda bildirilir.