Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ı ölkədəki seçkilərə müdaxilədə ittiham edib.
Ucnoqta.az xəbər verir ki, Soylu bu barədə CNN Türk-ə müsahibəsində bildirib.
“ABŞ bu seçkilərə müdaxilə edir. Bu, artıq bu ölkədə hamıya məlumdur, bunu ABŞ prezidentinin özü deyir. Məhərrəm İncəyə hücum. Bunun haradan gəldiyi aydındır. Bu Amerikadır. Cənab Bayden son günlərdə Türkiyədəki adamlarını gücləndirdi” - nazir deyib.
Soylu qeyd edib ki, 1960-cı ildən sonra Qərb dövlətləri Türkiyənin siyasi sisteminə nüfuz edib. Nazirin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbin ölkəyə nüfuzunu dayandıra bilib.
Bundan əvvəl Soylu bildirib ki, Türkiyə ABŞ prezidenti Co Baydenin açıqlamalarına əhəmiyyət vermir. Onun sözlərinə görə, Ankara Vaşinqtona güvənsəydi, o zaman ölkənin taleyi Əfqanıstanın taleyi kimi olardı.