ABŞ Meksikadan kütləvi qeyri-qanuni miqrant axınına hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, ABŞ-da COVID-lə mübarizə bəhanəsi ilə miqrantları deportasiya etməyə icazə verən qanunvericilik müddəasının müddəti bu gecə başa çatır.
ABŞ-nın El Paso ilə həmsərhəd olan Ciudad Juarez şəhərində yüzlərlə miqrant gecə yarısı səbirsizliklə toplaşıb həmin anı gözləyirlər. Onları ondan bir qədər çox sərhədçi izləyir.