Yəmən sahillərində 4,5 bal gücündə zəlzələ baş verib

08:11 - 12 May 2023 - DÜNYA

Yəmən sahillərində Ədən körfəzində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 550 min insanın yaşadığı Ədən şəhərindən 122 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti