Vaşinqton Rusiya ilə hava əlaqəsinin bərpa olunacağı təqdirdə Gürcüstana qarşı sanksiyaların tətbiqi mümkünlüyünü etiraf edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən məlumat verilib.
ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel bildirib ki, ABŞ rəsmiləri "Gürcüstanın hava limanlarındakı şirkətlərin ixrac-idxal nəzarəti altında olan təyyarələrə xidmət göstərməyə başlasalar, sanksiyalar riski ilə üzləşə biləcəyindən narahat olacaqlar".
"Birbaşa uçuşlar bərpa olunarsa, bu, Gürcüstan hava limanlarında fəaliyyət göstərən şirkətləri çox narahat etməlidir", - Patel əlavə edib.