Türkiyənin müxalifətdən prezidentliyə yeganə namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Rusiyanı seçkilərə müdaxilə etməməyə çağırıb
Ucnoqta.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb.
"Əziz rusiyalı dostlar, mayın 15-dən sonra dostluğumuzu davam etdirmək istəyirsinizsə, əllərinizi Türkiyə dövlətindən çəkinin. Biz hələ də əməkdaşlıq və dostluğun tərəfdarıyıq", - Kılıçdaroğlu açıqlamasında bildirib. Eyni zamanda o, Türkiyədə daha əvvəl ifşa olunmuş bəzi “montajların, sui-qəsdlərin və səs yazılarının” arxasında Rusiyanın dayandığını iddia edib.