Mayın 15-də BMT TŞ-nın Ukraynadakı humanitar vəziyyətlə bağlı iclası keçiriləcək

23:37 - 11 May 2023 - DÜNYA

BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukraynadakı humanitar vəziyyətlə bağlı Qərb dövlətlərinin xahişi ilə iclası mayın 15-də keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Ümumdünya Təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

"Yaxın günlərdə Təhlükəsizlik Şurasında Ukrayna mövzularında bir sıra tədbirlər planlaşdırılıb" - deyə o, özünün Telegram kanalında yazıb. 

Xəbər xətti