Roma Papası Zelenskini mayın 13-də Vatikanda qəbul edə bilər - KİV

22:16 - 11 May 2023 - DÜNYA

Roma Papası Fransisk mayın 13-də Vatikanda Ukrayna lideri Volodimir Zelenskini qəbul edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ANSA agentliyi yazıb.

"Çox güman ki, Papa şənbə günü Ukrayna prezidenti ilə görüşə bilər", - agentliyin mənbəsi bildirib.

Alman mətbuatının yazdığına görə, yaxın günlərdə Zelenski Berlində kansler Olaf Şolz və prezident Frank-Valter Ştaynmayerlə görüşəcək və Roma da bu proqrama daxil ola bilər.

Xəbər xətti