Pakistan Ali Məhkəməsi həbsi qanunsuz elan edilən ölkənin keçmiş baş naziri və müxalif Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xanın evinə getməsinə icazə verməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı Geo-TV kanalı məlumat yayıb.
Xan evə qayıtmaq üçün məhkəmə sədrindən icazə istəsə də, ona rədd cavabı verilib. Ona məhkəmənin yaxınlığındakı mehmanxanaya getmək və orada gecələmək tapşırılıb. Məhkəmə sədri həmçinin hakimiyyət orqanlarına onun vəkilləri, ailə üzvləri və dostları da daxil olmaqla 10 nəfərin Xanın yanına getməsinə icazə verməyi tapşırıb.