Almaniyanın Yuxarı Pfalz adasındakı Hohenfels poliqonunda 4000-ə yaxın ABŞ və digər hərbçilərin iştirak etdiyi hərbi təlimlər keçirilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniyanın Bild nəşri məlumat yayıb.
Bildirilir ki, təlimlərdə Azərbaycan, Albaniya, Belçika, İtaliya, Litva, Gürcüstan, Moldova, Rumıniya, Polşa, Böyük Britaniya, Sloveniya və Türkiyə hərbçiləri iştirak edir. Təlimlər aprelin 21-də başlayıb və mayın 23-dək davam edəcək.