İsrailin Qəzza zolağında "Qalxan və Ox" hərbi əməliyyatı davam edir
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib. Netanyahu bildirib ki, İsrail ərazisinə raket hücumlarına görə məsuliyyət daşıyan Fələstinin "İslami Cihad" radikal qruplaşmasının daha bir komandiri orada öldürülüb.
Baş nazir qeyd edib ki, İsrail qüvvələri İsrailə və onun vətəndaşlarına zərər verməyə çalışan hər kəsi məhv etməyə davam edəcək. "Biz indi həm hücumda, həm də müdafiədə hərbi kampaniyanın ortasındayıq" - deyə baş nazir əlavə edib.