Ylva Yohansson Kiyevə gəlib

15:44 - 11 May 2023 - DÜNYA

Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Yohansson Kiyevə gəlib

Ucnoqta.az xəbər verir ki, o, Twitter-də daxili işlər naziri İqor Klimenko ilə fotosunu dərc edib.

 "Bu gün Kiyevdə ümumi təhlükəsizliyimizi müzakirə etmək üçün. Daxili işlər naziri İqor Klimenko əla nəticələr əldə edir", - o yazıb.

Onun sözlərinə görə, polis əməkdaşlığı, odlu silahların qanunsuz dövriyyəsinin qarşısının alınması üzrə uğurlu iş, hərbi cinayətlərin araşdırılması və ərazilərin minalardan təmizlənməsində Aİ-nin dəstəyi bu gün gündəmdədir.

Xəbər xətti