İngiltərə Bankı baza faiz dərəcəsini 15 ilin ən yüksək səviyyəsinə qaldırıb

15:38 - 11 May 2023 - DÜNYA

Mayın 11-də İngiltərə Bankı baza yenidən maliyyələşdirmə dərəcəsini 4,25%-dən 4,5%-ə qaldırıb.

Ucnoqta.az “Daily Mail”ə istinadən xəbər veriri yazır ki, uçot dərəcəsinin hazırkı səviyyəsi son 15 ilin rekordudur. Məzənnənin dəyəri indi 2008-ci ildən bəri pik həddədir. Uçot dərəcəsi ardıcıl 12-ci dəfə qaldırılıb.

Belə bir qərar isə əmanətçilər üçün sərfəli görünmür.

“Baza dərəcəsi 0,25 faiz bəndi artırılaraq 4,5%-ə çatdırılıb və bu, milyonlarla ipoteka ödəyicisinə ziyan vurub”. Dəyişən faiz dərəcəsi ilə ipoteka krediti olan 2,2 milyona yaxın borcalan onlar üzrə artan ödənişlərlə üzləşəcək”, - məqalədə qeyd edilir.

İngiltərə Bankı öz qərarını inflyasiyanın yüksək səviyyədə qalmaqda davam etməsi ilə izah edib. Xüsusilə, ərzaq məhsullarının qiymətində azalma olmayıb.

Xəbər xətti