Britaniyaya adekvat cavab veriləcək - Kreml

14:27 - 11 May 2023 - DÜNYA

Böyük Britaniyanın Kiyevə uzaqmənzilli raketlərin tədarükü Rusiya Federasiyasından adekvat cavab tələb edəcək

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov qeyd edib ki, Böyük Britaniyanın Ukraynaya uzaqmənzilli raketlər tədarükü Rusiya ordusundan adekvat cavab tələb edəcək. 

“Çox mənfi. Bu, hərbi nöqteyi-nəzərdən bu fonda müvafiq qərarlar qəbul edəcək hərbçilərimizdən adekvat cavab tələb edəcək”, - Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Böyük Britaniya Ukrayna ordusunu "Storm Shadow" adlı uzaqmənzilli qanadlı raketlərlə təchiz edib.

Xəbər xətti