İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 25 fələstinli həlak olub

12:41 - 11 May 2023 - DÜNYA

İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində 25 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrailin Qəzza zolağında “Qalxan və ox” əməliyyatı çərçivəsində endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 25-ə çatıb.

Məlumata görə, azı 76 nəfər yaralanıb.

Daha əvvəl 21 nəfərin öldüyü, 60-dan çox yaralının olduğu bildirilirdi.

Xəbər xətti