Qərb ölkələri Ukrayna Silahlı Qüvvələrinə 200-ə yaxın tank və 300 piyada döyüş maşını veriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin qoşunlarının sayı 700 min nəfərdir. Bölmələrin bir hissəsi NATO-nun hərbi texnikası ilə, bir hissəsi isə Varşava Müqaviləsi Təşkilatının keçmiş üzvləri olan ölkələrin verdiyi sovet silahları ilə təchiz olunub.