Bosniya və Herseqovinanın tərkibinə daxil olan Serb Respublikası prezidenti Milorad Dodik mayın 23-də Moskvaya gələcək
Ucnoqta.az xəbər verir ki, o, bu barədə RTRS telekanalına müsahibəsində bildirib. O, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
“Hamı bilsin ki, mayın 23-də mən Putinlə görüşmək üçün Moskvada olmalıyam”, - Dodik deyib.
Görüşdə iqtisadi layihələr və geosiyasi məsələlər müzakirə olunacaq.