Filippində məktəblilər kimyəvi maddə ilə zəhərlənib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə Maquindanao əyalətində baş verib. 80-dən çox ibtidai sinif şagirdi kimyəvi zəhərlənmə ilə tibb müəssisəsinə yerləşdirilib.
Qeyd olunur ki, 9-12 yaş arası uşaqlar şiddətli başgicəllənmə, baş ağrıları və qarında narahatlıqdan şikayət ediblər. Daha sonra daha 130 şagird xəstəxanaya yerləşdirilən şagirdlərlə eyni simptomları göstərib.
İlkin versiyaya görə, uşaqlar zərərvericilərlə mübarizə üçün əkin sahələrinə səpilən maddədən zəhərləniblər.
Hazırda məktəbdə dərslər həftənin sonuna kimi dayandırılıb.