Çin və Ekvador iki ölkə arasında azad ticarət zonası sazişi imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çinin İqtisadiyyat Departamenti məlumat yayıb. Sənədi cümə axşamı Çinin ticarət naziri Vanq Ventao və Ekvadorun xarici ticarət, istehsal və balıqçılıq naziri Xulio Xose Prado imzalayıb.
Rəsmi müqavilələr onlayn rejimdə bağlanıb. Növbəti mərhələdə Çin və Ekvador səlahiyyətliləri bu sənədin tezliklə ratifikasiyası üçün səy göstərəcəklər.
İki dövlət arasında azad ticarət sazişi üzrə danışıqlar 2022-ci ilin fevralında başlayıb və 12 aydan sonra iştirakçılar məsləhətləşmələrin başa çatdığını elan ediblər.