ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynadakı münaqişəni həll etmək üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp bunu CNN telekanalında danışarkən deyib.
O, bildirib ki, yenidən ABŞ prezidenti olarsa, bir gün ərzində Ukrayna münaqişəsinə son qoyacaq.
“Mən Putinlə görüşəcəyəm, Zelenski ilə görüşəcəyəm. Onların hər birinin öz zəif və güclü tərəfləri var. Və 24 saat ərzində həll olunacaq, bitəcək”, - deyə sabiq prezident deyib.
Tramp Putinin çox ağıllı olduğunu düşündüyünü vurğulayıb. Bununla belə, eks-prezidentin fikrincə, Putin Ukraynada hərbi əməliyyata başlamaqla yenə də ciddi səhvə yol verib. Eyni zamanda Tramp vurğulayıb ki, 2022-ci ildə ABŞ prezidenti olsaydı, Putin müharibəyə başlamazdı.