İsrailin müdafiə naziri Pentaqonun rəhbəri ilə müzakirə aparıb

00:19 - 11 May 2023 - DÜNYA

 İsrailin müdafiə naziri Yoav Qalant çərşənbə günü Qəzza zolağından radikalların İsrail şəhərlərinə raket hücumlarını ABŞ müdafiə naziri Lloyd Ostin ilə müzakirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yoav qalant ona yəhudi dövlətini dəstəklədiyinə görə təşəkkür edib.

Müdafiə naziri “İslami Cihadın Qəzzada üç yüksək rütbəli liderini məhv etmək üçün İsrail ordusunun uğurlu əməliyyatı barədə Ostini məlumatlandırıb və terrorçuların birbaşa təhdidləri barədə ətraflı danışıb”, - mətbuat xidməti bildirib.

Qalant "həmçinin İsrail ordusunun istənilən ssenariyə, o cümlədən bir neçə cəbhədə vəzifələrin həlli ilə uzun kampaniyaya hazır olduğunu qeyd edib", - Müdafiə Nazirliyi əlavə edib.

Xəbər xətti