Tokio yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib

00:02 - 11 May 2023 - DÜNYA

Tokionun şərqində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxta bitişik Çiba prefekturasının şimal-qərbində yerləşib. Mənbə 40 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Yeraltı təkanlar Tokionun mərkəzində hiss olunub.

Xəbər xətti