İsrailin Qəzza zolağında hərbi əməliyyatı başa çatmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu məlumat verib. Baş nazir bildirib ki, zərbələr davam edəcək.
"Bu əməliyyat hələ bitməyib, zərbələri davam etdirəcəyik. Biz birlikdə başladıq, birlikdə davam etdirəcəyik, birlikdə qalib gələcəyik" - Netanyahu qeyd edib.