Müxalifətdəki "Ədalət Hərəkatı" partiyasının baş katibi Əsəd Ömər Pakistan paytaxtında Ali Məhkəmənin binasında həbs edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dawn qəzeti məlumat yayıb.
Həbsin səbəbləri açıqlanmır.
Onun həbsi Abottabad, İslamabad, Lahor, Pişəvər, Ravalpindi, Sialkot, Faisalabad, Haripur da daxil olmaqla böyük şəhərlərdə müxalifətin kütləvi etirazlarına səbəb olub. Pakistanın bir sıra bölgələrində partiya tərəfdarları ilə polis arasında şiddətli toqquşmalar baş verib.
Xatırladaq ki, Pakistanın keçmiş baş naziri və "Ədalət Hərəkatı" partiyasının sədri İmran Xan çərşənbə axşamı İslamabadda həbs edilib.