Putin Gürcüstanla viza rejimini ləğv edib

15:04 - 10 May 2023 - DÜNYA

Gürcüstan vətəndaşları üçün viza rejimi 2023-cü il mayın 15-dən fəaliyyətini dayandıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb. Sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Rusiyaya daxil olmaq üçün Gürcüstan vətəndaşlarına şəxsiyyəti təsdiq edən sənəd lazımdır: Gürcüstan vətəndaşının pasportu, diplomatik və ya xidməti pasport, həmçinin dənizçi pasportu. Üç aydan çox işləmək və ya təhsil almaq üçün Rusiyaya daxil olmaq üçün hələ də viza tələb olunacaq.

Prezident digər sərəncamı ilə Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağaları ləğv edib.

Xəbər xətti