Dəməşqdə polis məntəqəsi yaxınlığında partlayış olub - 5 polis ...

13:04 - 10 May 2023 - DÜNYA

Dəməşqin şimalında güclü partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, “Şam” radiostansiyasının məlumatına görə, buna Masakin-Berzi bölgəsində polis bölməsində dayanmış avtomobilə yerləşdirilmiş bombanın partlaması səbəb olub.

Bildirilir ki, partlayış nəticəsində beş polis yaralanıb. 

Partlayıcılar avtomobil Masakin-Berzi bölgəsində polis bölməsinin həyətinə daxil olan zaman işə salınıb. Nəticədə biri zabit olmaqla 5 polis müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər xətti