İsrail ordusu terrorda şübhəli bilinən 19 nəfəri həbs edib

12:03 - 10 May 2023 - DÜNYA

İordan çayının qərb sahilinin müxtəlif bölgələrində ən azı 19 fələstinli terror şübhəlisi İsrail təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumat görə, təhlükəsizlik qüvvələri bu gecə Yəhudeya və Samariyada axtarışda olan 19 nəfəri saxlayıb. Bildirilir ki, bəziləri hərbçilərə atəş açıb, təhlükəsizlik qüvvələrinə daş, şüşə və beton bloklar atıb.

Bundan əlavə, İsrail hərbçiləri Osarin və Huvara qəsəbələrində əməliyyat keçirib.

Xəbər xətti