Kanada və Çin arasında diplomatik böhran

11:57 - 10 May 2023 - DÜNYA

Çin Kanadanın Şanxaydakı baş konsulunu persona non-qrata elan edib.

Ucnoqta.az xəbər verir ki, qərar Kanadanın konqresmen Maykl Çonqa təzyiq göstərməyə cəhd etdiyi üçün çinli diplomatı persona non-qrata elan etməsindən bir gün sonra qəbul edilib.

Kanada kəşfiyyatı iddia edib ki, çinli diplomat, uyğurlardakı müsəlman azlıqlara münasibəti pisləyən təklifi dəstəkləyən Maykl Çonq və Çindəki ailəsini hədəf alıb. Bunun üzərinə çinli diplomata ölkəni tərk etmək üçün 5 gün vaxt verilib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin iddiaların əsassız olduğunu və Kanadanın ikitərəfli əlaqələri bilərəkdən sabotay etdiyini iddia edib:

 “Deyilənləri qətiyyətlə rədd edirik. Çin heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmır. Çinin Kanadanın daxili işlərinə qarışması iddiası tamamilə cəfəngiyyatdır. Çin-Kanada münasibətləri qəsdən sabotaj edilir”.

Xəbər xətti