Bütün NATO ölkələri Ukraynanın alyansa qoşulması ideyasını dəstəkləyir - Stoltenberq

20:35 - 9 May 2023 - DÜNYA

Bütün NATO ölkələri Ukraynanın alyansa qoşulması ideyasını dəstəkləyir.

Ucnoqta.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

"Birincisi, bütün NATO müttəfiqləri Ukraynanın alyansa üzv olacağı ilə razılaşırlar. Bütün müttəfiqlər razılaşır ki, Ukrayna öz yolunu seçmək hüququna malikdir, qərarı Moskva deyil, Kiyev verir. Üçüncüsü, Bütün müttəfiqlər NATO-nun qapılarının açıq qalması ilə razılaşırlar”, - deyə o bildirib.

Bununla yanaşı, Stoltenberq bunun nə vaxt baş verəcəyi tarixləri deyə bilməyəcəyini qeyd edib.

Xəbər xətti