Borrell İranın xarici işlər naziri ilə danışıb

19:22 - 8 May 2023 - DÜNYA

Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla telefon danışığı aparıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Borrell Tehranı Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstəyi dayandırmağa çağırıb. O, həmçinin İran hakimiyyətindən Aİ vətəndaşlarından siyasi maraqları üçün istifadə etməməyi xahiş edib.

Avropa diplomatiyasının rəhbəri həmçinin İran və MAQATE arasında son zamanlar genişlənən əməkdaşlığı alqışlayıb və vurğulayıb ki, “İran bunu davam etdirməlidir”.

Bundan əlavə, tərəflər İranda həyata keçirilən edamlar məsələsinə də toxunublar.

“Mən İsveç və İran vətəndaşı Həbib Çaabın edamını qətiyyətlə pislədim və İrandan Almaniya-İran vətəndaşı Cəmşid Şarmadı edam etməməyi xahiş etdim”, - Borrell bildirib.

Xəbər xətti