“Avroviziya” təmsilçilərimizi geyindirən modelyer: “Mənə maraqlı deyil”

18:38 - 8 May 2023 - MAQAZİN

“Avroviziya 2023” mahnı müsabiqəsində iştirak edən əkiz qardaşlar Tural və Turan Bağmanovların geyim seçimi insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən əkiz qardaşların modelyeri Aysel Sadıqova deyilən sözlərlə maraqlanmadığını bildirib:

“Bizim insanların əksəriyyətinə nəyisə bəyəndirmək çətindir. Bu barədə kimin nə dediyi mənə maraqlı deyil. Əsas olan “Avroviziya” münsifləri tərəfindən geyimin bəyənilməsidir. Və buna da nail oldum. Gerisi boşdur”.

Xəbər xətti