Gürcüstanın Müdafiə Nazirliyi Almaniyanın Milli Kodifikasiya Bürosu ilə anlaşma memorandumu imzalayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Almaniya Milli Kodlaşdırma Bürosunun direktoru, polkovnik Manfred Klafus və onun nümayəndələri Gürcüstanın Müdafiə Nazirliyində qəbul edilib. Bildirilir ki, görüşün sonunda tərəflər anlaşma memorandumu imzalayıblar. Sənəd Gürcüstan Müdafiə Nazirliyinin kodlaşdırma şöbəsinin rəisi, polkovnik David Mamulayişvili və eyni zamanda NATO Kodifikasiya Komitəsinin rəhbəri olan polkovnik Manfred Klafus tərəfindən imzalanıb.
Sənəd Gürcüstanın Müdafiə Nazirliyinə və onun maddi-texniki təchizat bölmələrinə NATO standartlarına daha uyğun olmağa imkan verəcək, müdafiə departamenti əlavə edib.