Ursula fon der Leyen Kiyevə səfər edəcək

14:37 - 8 May 2023 - DÜNYA

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna və onun prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə etmək üçün bazar ertəsi Kiyevə səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, AK-nin mətbuat xidmətinin rəhbəri Erik Mamer Brüsseldə keçirdiyi brifinqdə deyib.

"Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sabah Kiyevə gəlir. Avropa Günündə o, Ukraynaya tam dəstəyimizi ifadə edəcək", - Mamer bildirib.

Təhlükəsizlik səbəbi ilə səfərin təfərrüatları açıqlanmayıb.

Xəbər xətti