Ermənistan yeni nəqliyyat dəhlizi yaradır

14:07 - 8 May 2023 - DÜNYA

İrəvan Ermənistan ərazisindən keçən Avropa-Hindistan-İran yeni beynəlxalq nəqliyyat dəhlizi üçün marşrut layihəsini hazırlayacaq

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, mayın 8-də Ermənistanın baş naziri Nikol Paşinyan beynəlxalq yük daşımalarına başlamaq üçün idarələrarası işçi qrupunun yaradılması haqqında fərman imzalayıb.

Təklif olunan dəhliz Şərqi Asiya ölkələri, Hindistan və İranı Ermənistan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirəcək.

Xəbər xətti