Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçiriləcək
Ucnoqta.az xəbər verir ki, səsvermə 2023-cü il iyulun 9-na təyin edilib.
Xatırladaq ki, mayın 8-də respublikanın hazırkı prezidenti Şavkat Mirziyoyev ölkə başçısına növbədənkənar seçkilər elan etməyə icazə verən qanun imzalayıb.
“Özbəkistan Respublikasının Prezidenti Özbəkistan Respublikasının Prezidentinə növbədənkənar seçkilər təyin etdikdə, seçkilər bu məcəlləyə tam uyğun olaraq iki ay müddətində keçirilir”, - sənəddə deyilir.
Həmçinin qeyd olunur ki, bundan əvvəl qanun aşağı palata tərəfindən qəbul edilib, apreldə isə Senatda təsdiqlənib. O, rəsmi qanunvericilik portalında dərc edildiyi andan qüvvəyə minib.