ABŞ-da polis evin astanasında qardaşını öldürən və gəlinini yaralayan şəxsi güllələyib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Yuta ştatında atışma zamanı 66 yaşlı kişi polis tərəfindən öldürülüb. O, qardaşını qapısının ağzında öldürməkdə şübhəli bilinir.
Məlumata görə, 66 yaşlı kişi Kaliforniya ştatının Lonq-Biç şəhərində qardaşını və həyat yoldaşını güllələyib. Zərərçəkmiş hadisə yerində ölüb, həyat yoldaşı güllə yarası ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları cinayətkarı saxlamağa çalışsa da, o, onlara atəş açmağa başlayıb. Polislər kişini cavab atəşi ilə öldürüblər.
Qətlin motivləri müəyyən edilir.