Türkiyə ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq - Mövlud Çavuşoğlu

13:02 - 8 May 2023 - DÜNYA

Türkiyə ABŞ və AB-nin Rusiyaya qarşı birtərəfli sanksiyalarına qoşulmaq fikrində deyil.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

"Biz ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qoşulmayacağıq. Biz öz xeyrimizdən və öz rifahımızdan çıxış edirik. Eyni zamanda, Montrö Konvensiyasının müddəalarının icrasını yaxından izləyirik" - nazir vurğulayıb.

Xəbər xətti