Rusiyanın canlı qüvvə itkiləri 195 minə çatır

10:51 - 8 May 2023 - DÜNYA

Rusiya Federasiyasının Ukraynadakı itkiləri son sutkada daha da artıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, son sutka ərzində 500-dən çox rusiyalı döyüşçü məhv edilib.

Rusiyanın ümumi itkiləri 194 970-ə çatıb.

Həmçinin 3730 (+7) tank, 7253 (+5) zirehli döyüş maşınları, 3018 (+8) artilleriya sistemləri, 2614-ə qədər (+42) PUA, 5958 (+6) avtomobil texnikası və sisternlər, 384 (+4) xüsusi texnika məhv edilib.

Xəbər xətti