Tural-Turanı kim belə geyindirib? - Hamı tənqid edir

10:58 - 8 May 2023 - MAQAZİN

Azərbaycanı “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək TuralTuran X qardaşları Liverpulda yarışmanın açılış mərasimində iştirak ediblər. Onların geyim tərzi sosial şəbəkələrin Azərbaycan seqmentində kəskin tənqidlərə səbəb olub.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qardaşların geyim tərzini təkcə sıravi vətəndaşlar deyil, həm də tanınmış simalar məsxərəyə qoyub.

Modelyer Şəlalə Maqsudova onları Azərbaycanın Konçitaları adlandırıb: “Bir neçə ay bundan öncə bu uşaqların çıxışı önümə çıxdı. Geyim tərzləri, görünüşləri, oxuduqları mahnıları çox xoşuma gəlmişdi. Diqqətimi çəkdi və düşünürdüm ki, bu uşaqlar bizi təmsil etsə, çox yaxşı olardı. Sonda belə də oldu və seçildilər. Sevindim və sevincim boğazımda qaldı. Mən bir modelyer olaraq fikrimi bildirirəm. Liverpulda “Avroviziya”nın açılış mərasimində Azərbaycanın Konçitalarını gördüm. Bildiyimə görə, bu uşaqların burada çıxışını bir prodüser kimi bütün işləri Eldar Qasımova həvalə ediblər. Utancverici bir mənzərədir. Axı sizin Azərbaycanı lağ obyekti etməyə ixtiyarınız yoxdur. İki qadın “vidində” kişi. Bu nə köynəklərdi, bu nə saç düzümüdür, bu nə makiyajdır, bu nə korsetdir... Biabırçılıq”.

Məsələ ilə bağlı Azərbaycan nümayəndə heyətinin Mətbuat xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilməmişik. 

Xəbər xətti