Hindistanda MiQ-21 qırıcısının qəzaya uğrayıb - 3 nəfər ölüb

10:32 - 8 May 2023 - DÜNYA

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcı təyyarəsi qəzya uğrayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Məlumata görə, Hindistanın şimal-qərbindəki Racastan əyalətinin Suratqarh şəhəri yaxınlığındakı kənd evinə çırpılması nəticəsində azı 3 nəfər ölüb.

Bildirilir ki, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 təyyarəsi bu gün səhər saatlarında planlaşdırılmış təlim uçuşu zamanı Suratqarh yaxınlığında qəzaya uğrayıb. Pilot yüngül xəsarətlərlə katapult edib.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Xəbər xətti