Aİ BƏƏ, Suriya və Ermənistan şirkətlərinə sanksiyalar tətbiq edə bilər

08:11 - 8 May 2023 - DÜNYA

Avropa İttifaqı Rusiyaya elektronika tədarük edən Çin firmalarına sanksiya tətbiq etməyi planlaşdırır

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb. Belə ki, Avropa İttifaqı Rusiyaya elektron avadanlıqlar tədarük edən Çin şirkətlərinə qarşı sanksiyaların tətbiqini mümkün hesab edir.

Brüsselin fikrincə, belə təchizatlardan Rusiya hərbi sənaye kompleksi istifadə edə bilər.

Sanksiyalar siyahısına Çindən iki şirkət, həmçinin Honq-Konqdan beş şirkət daxildir.

Bundan əlavə, Aİ BƏƏ, Suriya və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.

Xəbər xətti